Facebookda 800 minlik Azərbaycan səhifəsi əleyhinə kampaniya başladıldı

Facebookda 800 minlik Azərbaycan səhifəsi əleyhinə kampaniya başladıldı
Bütün Xəbərlər
17:45 25.08.2016
1141
"Facebook"da Azərbaycanın ən böyük səhifələrindən olan "Azerbaijan - Azerbaycan" səhifəsi əleyhinə kampaniya başladılıb.
AZXEBER.COM xəbər verir ki, bir qrup şəxs səhifənin əleyhinə qrup yaradaraq, onun bağlanması üçün "facebook"a müraciət edib. 
Onlar bunu səhifədə qeyri-etik paylaşımların olmasıyla əlaqələndiriblər.
800 minlik "Azerbaijan-Azerbaycan" səhifəsinin admini Emil Məmmədov deyib ki, bununla bağlı hüquq mühafizə orqanlarına şikayət edəcək: "Facebookda bir qrup şəxs səhifəmiz əleyhinə kampaniya başladıb və səhifəmizi bağlamaq istəyir. Bu heç bir məntiqə sığmayan addımdır və biz bununla bağlı müvafiq orqanlara şikayət edəcəyik. Bu adamlar kibercinayətkarlıqla məşğuldurlar və əgər səhifəmiz bağlansa, bunu edənlərin adını müvafiq orqanlara təqdim edəcəyik".
Qeyd edək ki, səhifə əleyhinə yaradılan qrupun 3 minə yaxın üzvü var və onlar gün ərzində dəfələrlə səhifəni şikayət edirlər.
OXŞAR XƏBƏRLƏR