"Facebook"da "Mado" əleyhinə kampaniya başladı

"Facebook"da "Mado" əleyhinə kampaniya başladı
Bütün Xəbərlər
02:29 12.07.2014
3348
"Facebook" sosial şəbəkəsində bir qrup gənc Bakının məşhur kafelərindən olan "Mado" əleyhinə kampaniyaya başlayıblar.
AZXEBER.COM xəbər verir ki, sosial şəbəkədə "Madonu baykot edək" adlı qrup yaradılıb. 
Buna səbəb adıçəkilən kafelər şəbəkəsinin şəhərin Nizami Küçəsində sakinlərin yolunu bağlayaraq öz kafelərini genişlətməsidir.
Qeyd edək ki, Səbail rayon icra hakimiyyəti də bu qanunsuzluğa göz yumub. 
Qrup üzvləri yazıblar ki, "Mado"nun qanunsuzluğunun qarşısı alınmasa yaxın günlərdə daha genişşaxəli kampaniyaya başlayacaqlar.
OXŞAR XƏBƏRLƏR