AZXEBER.COM xəbər verir ki, sosial şəbəkədə "Madonu baykot edək" adlı qrup yaradılıb.
Buna səbəb adıçəkilən kafelər şəbəkəsinin şəhərin Nizami Küçəsində sakinlərin yolunu bağlayaraq öz kafelərini genişlətməsidir.
Qeyd edək ki, Səbail rayon icra hakimiyyəti də bu qanunsuzluğa göz yumub.
Qrup üzvləri yazıblar ki, "Mado"nun qanunsuzluğunun qarşısı alınmasa yaxın günlərdə daha genişşaxəli kampaniyaya başlayacaqlar.

