‘Facebook’dan açıqlama gəldi - ‘Üzr istəyirik!’

‘Facebook’dan açıqlama gəldi -  ‘Üzr istəyirik!’
Bütün Xəbərlər
17:44 19.06.2014
1062

"Facebook" şirkəti istifadəçilərinə bu gün yaşatdığı problemə görə üzr istəyib.

AZXEBER.COM SalamNews-ə istinadən xəbər verir ki, bununla belə, şirkət problemin motivini açıqlamayıb.

“Cümə axşamı səhər saatlarında istifadəçilərin postlarını "Facebook"da yerləşdirmələrinə mane olan texniki problemlə üzləşdik. Bu problemi həll etdik və indi şəbəkə funksiyalarını 100% icra edir. Verdiyimiz narahatçılığa görə üzr istəyirik.”, - dünyanın ən məşhur sosial şəbəkəsinin elanında deyilir.

Qeyd edək ki, şəbəkə ilə bağlı bugünkü problemlə neçə ölkənin üzləşdiyi hələlik məlum deyil.

OXŞAR XƏBƏRLƏR