"Microsoft" korporasiyasının sahibi Bill Geytsin dediyinə görə, dostu Mark Zukerberq sərvətinin böyük qismini xeyriyyə fondlarına verəcəyini deyib.
"Mən ona "pullarını ver" söyləmədim - bu, Markın öz qərarıdır. Yanıma məsləhətə gəldi. Mən də ona dedim ki, pulunun bir qismini xeyriyyə proqramlarına, yardıma ehtiyacı olan insanlara dəstək üçün xərcləyərsə, daha yaxşı ollardı", - Geyts deyib.
Markın nişanlısı olduğunu da ilk dəyə Geyts açıqlayıb: "Mark mənə Prissilla adlı qızı sevdiyini, həmin qızın da xeyriyyə proqramlarına dəstək fikrini dəstəklədiyini söylədi. Bunu çox bəyəndim".
Mark Zukerberqlə Prissilla Çan 2003-cü ilddən bəri tanışdırlar. "Facebook"un banisi bu informasiya yayılan təki, dünən sosial şəbəkədəki səhifəsində "ailə vəziyyəti" statusunu dəyişərək "subay" edib.
Zukerberqin statusundakı dəyişikliyin Geytsin açıqlamasından sonra baş verməsini "Facebook"un məçtbuat xidmətinin rəhbəri Eliot Şreyc "sırf təsadüf" adlandırsa da, jurnalistlər buna inanmayıblar.
Mark Zukerberq hələ Harvard Universitetində oxuyanda Prissilla ilə tanış olub və o vaxtdan bəri onlar bir yerdədir.
/// milli.az