Fahişəni döyərək öldürən şəxs tutuldu

Fahişəni döyərək öldürən şəxs tutuldu
Bütün Xəbərlər
12:44 11.07.2014
624
Ötən gecə Gəncə şəhərində fahişəliklə məşğul olan qadını öldürən şəxs yaxalanıb.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Firuzə Vəliyeva yaşadığı mənzildə naməlum şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən F.Vəliyeva orada ölüb.
Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş şəhər sakini Kazbek Bulekbayev tutulub.
Araşdırmalar zamanı Kazbek Bulekbayevin əvvəllər də məhkum həyatı yaşadığı məlum olub.
Qeyd edək ki, qonşuların verdikləri məlumata görə, Firuzə Vəliyeva yüngül həyat tərzi keçirirmiş. Qadın hər gün içir, əylənir və evində kef məclisi qururmuş. Onu şəhərdə “Faya” ləqəbilə tanıyırmışlar. Qadın fahişəlik edirmiş.
Deyilənlərə görə, “Faya” evini "əxlaqsızlıq yuvası"na çeviribmiş. Qonşular bundan şikayət etsələr də, onun qarşısını alan yoxmuş. Həmçinin bildirilir ki, “Faya” cavan xanımları toruna salıb, onları fahişəliyə məcbur edirmiş.
Deyilənlərə görə, “Faya”nı elə bu səbəbdən öldürüblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR