Fahişəxana çıxan Çay Evi məşhur müğənninindir - FOTOLAR

Fahişəxana çıxan Çay Evi məşhur müğənninindir - FOTOLAR
Bütün Xəbərlər
15:00 10.10.2014
6791

Həmin məkan açılan gündən tanınmışların ən çox getdiyi yerdir.

Bakıda əxlaqsızlıq yuvası aşkarlanan “New Life” çay evi məşhur müğənni Elçin Hüseynova məxsusdur.AZXEBER.COM xəbər verir ki, Qafqazinfo-ya istinadən məlumatına görə, bir neçə ay əvvəl şou saytlarının birində kafe ilə bağlı reklam materialı yayımlanıb və həmin xəbərdə obyektin Elçin Hüseynova məxsus olması qeyd olunub. Məlumatda həm çay evi, həm də pub və Avropa mətbəxi kimi fəaliyyət göstərən “New Life”ın 24 saat müştərilərinin üzünə açıq olduğu yazılıb.

Daha sonra bildirilir ki,“New Life” açılan gündən tanınmışların ən çox getdiyi məkandır. Məşhurlar əbəs yerə “New Life” clubu seçmirlər. Çünki burada mükəmməl xidmət var. Məkanda qonaqlara geniş və şəxsi (VİP) otaqlarla xidmət etməklə yanaşı “playstation 3” oyunları da müştərilərə təklif edilir. “New Life”da 6 VİP, 4 “besetka”, 70 ümumi zal var.

Qeyd edək ki, Elçin Hüseynov Yusif Mustafayevin qaynıdır.

Xatırladaq ki, bu gün DİN-in yaydığı xəbərdə sözügedən məkanda əxlaqsızlıq yuvasının aşkarlandığı açıqlanıb.

OXŞAR XƏBƏRLƏR