Sentyabrın 4-ü, saat 15:30-da Azərbaycanın xalq artisti Faiq Ağayev Park Bulvarın 4-cü mərtəbəsindən yayımlanan "İmza Mən" verlişinin qonağı olacaq.
AZXEBER.COM-un məlumatına görə, tanınmış telejurnalist Səxavət Nur, müəllif və aparıcı olduğu verilişdə Faiq Ağayevə suallar ünvanlayaraq, onunla bağlı maraqlı faktlar üzə çıxaracaq. Verilişdən sonra fanatlarıyla görüşəcək olanxalq artisti, onlarla birgə şəkil çəkdirərək imzalı fotolarını təqdim edəcək.
Əgər siz də Faiq Ağayevə daha yaxın olmaq istəyirsizsə sabah saat 15:30-da Park Bulvarın 4-cü mərtəbəsində olun!
Qeyd edək ki, "İmza Mən" verilişi hər həftənin cümə günləri saat 19.30-da Xəzər TV və Araz FM 103.3-də yayımlanır.
Verilişin informasiya dəstəyi AZXEBER.COM xəbər portalıdır.
Ozal İbrahimli