Faiq Ağayevin konsertində gözdən qaçmayan - 10 məqam

Faiq Ağayevin konsertində gözdən qaçmayan - 10 məqam
MAQAZİN
13:33 03.01.2017
11866
Xalq artisti Faiq Ağayev 29-30 dekabr tarixlərində Heydər Əliyev Sarayında möhtəşəm konsert verib.
 
AZXEBER.COM xalq artistinin konsertindən ən diqqətçəkən 10 məqamı qeyd edir.
 
1. Hər zaman olduğu Faiq Ağayev konsertdə bütün detalları incəliklərinə qədər araşdırıb, bütün işlərə şəxsən özü nəzarət etmişdi. Bu da tamaşaçıların 3 saat ərzində sözün əsl mənasında istirahət etməsinə gətirib çıxardı. Xüsusən, tamaşaçıların xalq artistini ürəkdən alqışlaması və ona tam dəstək olmaları diqqətdən yayınmadı.
 
2. Multikulturalizm ilində son konsert olan "100% F.A"-da xalq artisti bu əlamətdar hadisəni də unutmadı və konsertdə "Zəngi yarım" mahnısını ifa edib, Azərbaycanda birgəyaşayışın həyat tərzi olduğunu vurğuladı.
 
3. Xalq artisti sevilən mahnılarını yeni aranjmanda fanatlarına təqdim etdi.
 
4. Hər zaman gənclərə dəstək olan F.A bu dəfə də ənənəsinə sadiq qaldı və səhnəni gənc müğənni Əhməd Mustafayevlə bölüşdü.
 
5. Müğənni hər zaman olduğu kimi bu konsertində də valideynlərinə olan hörmətini, sevgisini hər kəsə göstərdi. Faiq Ağayevin anası ilə dialoqu tamaşaçıları kövrəltdi və onlar valideynlərinə göstərdiyi bu sayğıya görə xalq artistini doyunca alqışladılar.
 
6. Faiq Ağayev jurnalistlər, KİV işçilərinə xüsusi qayğı ilə yanaşdı və konsertdə bir neçə dəfə jurnalistlər haqda xoş sözlər söylədi.
 
7. Konsertin sonunda Azərbaycan Dövlət Himninin səslənməsi və hər kəsin himnimizi ayaq üstdə oxuması diqqətdən yayınmadı. Faiq Ağayev bir daha dövlətə, dövlətçiliyə bağlı olduğunu, xalqını, millətini nə qədər sevdiyini göstərdi.
 
8. Müğənni ənənəsinə sadiq qalaraq, yenə də ad gününü sevənləri ilə - fanatları ilə keçirdi. Bu da xalq artistinin sənətini nə qədər sevdiyinin və tamaşaçılarına nə qədər önəm verdiyinin göstəricisi oldu.
 
9. Faiq Ağayev konsertdə təkcə ifaları ilə deyil, maarifçi söhbətləri ilə də yadda qaldı. Belə ki, müğənni multikulturalizmdən tutmuş, Heydər Əliyev Sarayının yaranma tarixinə qədər bir çox mövzu haqda ətraflı məlumat verdi. Natiqlik sənətinin fenomenlərindən olan ifaçı bu dəfə də maraqlı söhbətləriylə yadda qaldı. 
 
10. Ümumilikdə isə bu konserti "İlin ən yüksək səviyyəli" konserti adlandıra bilərik.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO