Faiq Ağayev deputat seçkilərində iştirak edəcək? - Özü açıqladı

Faiq Ağayev deputat seçkilərində iştirak edəcək? - Özü açıqladı
MAQAZİN
15:23 06.12.2019
4463
Sosial şəbəkədə bir neçə xalq artistinin adı Parlament seçkilərində hallanır. 
 
Ən çox adı hallanan ifaçılardan biri də Faiq Ağayevdir. Sənətçi bu haqda AZXEBER.COM-a açıqlama verib.
 
O deyib ki, sosial şəbəkədə adının hallandığından xəbərdardır:
 
"Bu mənim üçün böyük bir etibar və inamdır. 31 ildir ki, səhnədəyəm, bu etibarı qazanmışamsa, nə xoş mənə. İnşallah seçkilər fevralda olacaq, hələ ki, zaman var. Qəti qərara gələndən sonra fikirlərimi bildirəcəm". 
 
Nazim Qasımzadə 
 

OXŞAR XƏBƏRLƏR