AZXEBER.COM xəbər verir ki, təcrübəli futbolçu azarkeşlərə minnətdarlığını bildirərək, üzərindəki çətinliklərdən və xarakter nümayiş etdirməsindən danışıb:
"İlk növbədə azarkeşlərə minnətdarlığımı bildirirəm, bu gün bizi yalnız buraxmadılar. Bir az komandaya inamsızlıq var idi, amma mərhələni adlayaraq bu şübhələri aradan qaldırdıq. Şükürlər olsun ki, qələbə qazandıq. Rəqib çox yaxşı müdafiə olunurdu, oyun həddindən artıq çətin idi.
Oyundan sonra keçirilən mətbuat konfransında isə "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevin "asfaltda məşq etmişəm” sözlərinə zarafatla münasibət bildirib:
"Bəlkə daha çox asfaltda məşq etmək lazımdır ki, düzəlsin (gülür). Asfaltda məşq etməyib məncə... Bəlkə fərdi məşq edib, bilmirəm. Faydası olacaqsa, tez-tez asfalta göndərərik”.










































