Rusiya Federal Miqrasiya Xidməti (FMX) əcnəbilərin Rusiya ərazisində qalma müddətinin azaldılmasını nəzərdə tutan qanun layihəsini dəstəkləyib.
AZXEBER.COM-un APA-ya istinadən xəbərinə görə, bunu “İnterfax”a açıqlamasında FMX-nin mətbuat katibiZalina Kornilovadeyib.Onun sözlərinə görə, yeni dəyişikliklər Rusiyaya vizasız ölkələrdən gələn əcnəbilərə şamil olunacaq: “Qanun layihəsi qüvvəyə minərsə, onlar yarım il ərzində 90 gündən çox Rusiya ərazisində qala bilməyəcəklər. Bu müddət başa çatdıqdan sonra ölkədə qalma müddətini uzatmaq mümkünsüz olacaq. Biz analiz etmişik ki, hər onuncu əcnəbi Rusiya ərazisini bir-iki gün müddətinə tərk edir ki, yenidən geri qayıtsın”.Qanun layihəsi Dövlət Dumasına “Vahid Rusiya” partiyasının deputatı Rizvan Qurbanov tərəfindən təqdim olunub. Sənədlə bağlı qeyddə bildirilir ki, gələcəkdə Rusiya ərazisində fasiləsiz qalma müddəti də məhdudlaşdırılacaq.