“Fənərbaxça” dünya şöhrətli futbolçunu transfer etdi

“Fənərbaxça” dünya şöhrətli futbolçunu transfer etdi
İDMAN
22:27 12.08.2026
225
Türkiyənin "Fənərbağça" klubu Romelu Lukakunun keçidini açıqlayıb.

AZXEBER.COM İstanbul təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, 33 futbolçu bu gün Bakı vaxt ilə saat 23:00-da Türkiyədə olacaq.

Ulduz hücumçu tibbi müayinədən uğurla keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

"Fənərbağça" İtaliyanın "Napoli" klubu ilə 6 milyon avro təzminat və əlavə bonuslar qarşılığında anlaşıb.

Qeyd edək ki, Romelu Lukaku karyerası ərzində "Anderlext", "Çelsi", "Vest Bromviç", "Everton", "Mançester Yunayted", "İnter" və "Roma" kimi komandalarda çıxış edib.
OXŞAR XƏBƏRLƏR