"Fənərbağça"nın müdafiəçisi məşqi yarımçıq tərk etdi - Səbəb

"Fənərbağça"nın müdafiəçisi məşqi yarımçıq tərk etdi - Səbəb
İDMAN
07:39 19.09.2026
840
Türkiyənin "Fənərbağça" klubu gözlənilməz və ciddi itki ilə qarşılaşıb.

AZXEBER.COM xəbər verir ki, İstanbul nəhənginin müdafiəçisi Mert Müldür zədə problemi ilə üz-üzə qalıb.

27 yaşlı futbolçu komandanın bugünkü məşqi zamanı diz nahiyəsindən zədələnib və hazırlıq prosesini dərhal yarımçıq dayandırmaq məcburiyyətində qalıb. Oyunçunun yenidən meydanlara nə vaxt dönəcəyi isə hələ ki, sual altındadır.

Xatırladaq ki, Mert Müldür 2023-cü ilin yayından etibarən "Fənərbağça"nın şərəfini qoruyur.
OXŞAR XƏBƏRLƏR