"Fənərbaxça"nın prezidenti: "Sizdən utanıram"

"Fənərbaxça"nın prezidenti: "Sizdən utanıram"
İDMAN
17:27 16.03.2020
4980

Mövsümə böyük hədəflərlə başlayan "Fənərbaxça"da işlər heç də yolunda getmir.

AzxeberSport "Hürriyet"ə istinadən xəbər verir ki, son 7 turda qalibiyyət üzü görməyən sarı-lacivərdlilər son olaraq "Konyaspor"a məğlub olub. 

İstanbul klubunun prezidenti Ali Koç matçdan sonra soyunub-geyinmə otağına gedərək futbolçulara qəzəblənib:

"Sizdən utanıram, meydanda demək olar ki, qaçmayan, oynamayan 11 adamsız".

Ali Koç keçiçi olaraq baş məşqçi postuna gələn Murat Gölə da iradını bildirib. 

Futbolçu Jailson isə mediaya açıqlamasında deyib: "Çox çalışırıq, məşq zamanı çox yaxşı oluruq. Meydana çıxan kimi hər şey dəyişir. Qol vurmağa gücümüz çatmır". 

OXŞAR XƏBƏRLƏR