Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Fərdi İnkişaf Akademiyası” layihəsi uğurla yekunlaşdı.
Layihənin keçirilməsində əsas məqsəd gənclərin fərdi inkişafı istiqamətində yeni biliklər əldə etmələri, onların gələcək fəaliyyətlərinin bütün sahələrində onlara vacib olan bacarıqların mənimsədilməsi və qismən formalaşmasına nail olmaqdır.
Birliyin sədri Nigar Ələsgərovanın sözlərinə görə “Fərdi İnkişaf Akademiyası”nda iştirak etmək üçün 100 nəfər region gənci seçilib. Onlar müxtəlif təlimlərlə, onların fərdi inkişafı və gələcək fəaliyyətləri üçün vacib olan mövzularda, peşəkar təlimçilər tərəfindən keçirilən təlimlərdə iştirak ediblər. Layihənin geniş auditoriyada, fərqli üslubda açılış mərasimi və hər biri 3 gün keçirilməklə 2 müxtəlif məkanda Qəbələ (12-15 fevral) və Gəncədə (19-22 fevral) akademiyaları keçirilib.
Layihə rəhbərinin sözlərinə görə layihənin gənclərə faydalılığını daha da artırmaq üçün keçiriləcək təlimlərin mövzusunu müəyyən etmək məqsədi ilə gənclərarasında sosial sorğu da həyata keçirilib. Akademiyanın proqramına həmin mövzular əlavə olunub. "Motivasiya və özgüvən" , “MƏN”, “İnkişafalogiya” “Məqsədin təyin olunması”, "Rezyume və müsahibə" "Komanda işi və Liderlik" adlı təlimlərdə layihə iştirakçıları fərdi inkişaf sahəsində yeni biliklər əldə ediblər .
Hansı ki, bu biliklər onların gələcək fəaliyyətlərinin bütün sahələrində onlara faydalı olacaqdır.
Layihənin hədəf qrupu 18-29 yaş qrupunda region gəncləri idi. Layihə iştirakçıları yekunda şəhadətnamə ilə təltif olunublar.