'Fərəc Quliyevə bildiriş göndərdim, amma cavabsız qaldı'

Bütün Xəbərlər
14:59 24.04.2013
1935

Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin müavini Seymur Həsənlinin tutduğu vəzifədən istefa verdiyini xəbər vermişdik.  “Facebook” profilində istefasını şəxsi problemləri ilə əlaqələndirsə də, araşdırmalarımız Fərəc Quliyevlə onun arasında maddi baxımdan narazılıq yarandığını göstərdi. Belə ki, Fərəc Quliyev partiya funksionerinə maddi baxımdan heç bir dəstək verməyib və Seymur Həsənli vəzifəsindən uzaqlaşıb. 

Seymur Həsənli AZXEBER.COM-a verdiyi məlumatda yayılan xəbərlərə münasibət bildirib:

“Haqqımda mətbuatda yazılanlara səbrlə yanaşırdım. Amma dünən Millətçi Gənclər Birliyi adından yayılan informasiya və eyni informasiyanın başqa bir saytda Milli Dirçəliş Hərəkatı Partiyası gəncləri adından verilməsi, məni danışmağa vadar etdi. Partiyanın sədri Fərəc Quliyevə də bu haqda bildiriş göndərdim ki, aydınlıq gətirsin amma cavabsız qaldı sorğum. Öncə onu deyim ki, Millətçi Gənclər Birliyi adında təşkilat mövcud deyildir. Görünür informasiyanın mətbuatda ötürülməsində qeyri-peşəkarlıq nümayiş etdirilib.

O ki, qaldı yazılanlara, onlar heç bir o qədər də marağımda deyil. Məlumatda qeyd olunur ki, guya mən partiya daxili fəaliyyətsizliyimə don geyindirmək istəmişəm. Onu vurğulayım ki, mətbuat və ictimaiyyət nümayəndələri yaxşı bilir ki, son il yarımda partiyanın 80 faiz tədbirləri gənclər təşkilatı adından edilib və bunu da həyata keçirən birbaşa mən olmuşam. Bu, danılası fakt deyil, çünki virtual mətbuatda hamısı var. İkincisi, mənim hər hansı seçki və bu seçkidən nəsə əldə etmək kimi bir marağım yoxdur ki, mətbuatın gündəmində qalmağa çalışım. Məni hər kəs yaxşı tanıyır, hətta partiyanı mənim vasitəmlə tanıyan yüzlərlə ictimaiyyət nümayəndəsi təqdim edə bilərəm Sizə. Üçüncüsü, guya mən Fərəc Quliyevə yarınmaq üçün bunu etmişəm. Azərbaycan reallığını götürsək, kiminsə kiməsə yarınması üçün iki əsas vacib amil rol oynamalıdır: vəzifə və pul. MDHP-də bunların heç biri yoxdur. Vardısa da, il yarım müddətdə mən görmədim onu. Məhz bu səbəbdən, mənim nə marağım olsun ki, kiməsə yarınım?”

“Mən məsələnin birinci informasiya mətbuata ötürülən gün bağlanacağını düşünərək danışmamışdım. Fərəc bəy bir sıra informasiya agentliklərinə bildirmişdi ki, mən başqa işlərimi partiya işləri ilə çatdıra bilmədiyim üçün istefa vermişəm. Birincisi, partiya sədrinin açıqlaması ilə, partiya gəncləri adından verilən açıqlama (istefa verməyib yarınır sadəcə) arasında ziddiyyət var. İkincisi, mənim hər hansı başqa işim yoxdur, işsizəm, iş axtarışındayam. Bunu da açıqlamayacaqdım amma demək məcburiyyətində qoydular məni.”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda 200-dən çox kişi arvadının soyadını götürüb - Son 3 ildə
13:24 09.04.2026
Azərbaycanda 200-dən çox kişi arvadının soyadını götürüb - Son 3 ildə
"Gənc müğənniləri tərifləmək lazım deyil" - Asif Kərimov
13:16 09.04.2026
"Gənc müğənniləri tərifləmək lazım deyil" - Asif Kərimov
“Atəşkəs sülh deyil, müharibə daha mürəkkəb mərhələyə keçir” – ŞƏRH
13:11 09.04.2026
“Atəşkəs sülh deyil, müharibə daha mürəkkəb mərhələyə keçir” – ŞƏRH
“Azərbaycanda belə hadisələr tez-tez yaşanır” – Uşağını başqa ailəyə “hədiyyə” edənləri bu cəza gözləyir
13:03 09.04.2026
“Azərbaycanda belə hadisələr tez-tez yaşanır” – Uşağını başqa ailəyə “hədiyyə” edənləri bu cəza gözləyir
İcra başçısı “Əlaçı” verilişinin qalibi ilə görüşdü - FOTOLAR
13:00 09.04.2026
İcra başçısı “Əlaçı” verilişinin qalibi ilə görüşdü - FOTOLAR
“Məqsədim qlobal arenada güclənməkdir” - Hidayət Heydərov
12:40 09.04.2026
“Məqsədim qlobal arenada güclənməkdir” - Hidayət Heydərov
DİQQƏT! Sabahdan səhhətinizdə bu problemlər yarana bilər
12:36 09.04.2026
DİQQƏT! Sabahdan səhhətinizdə bu problemlər yarana bilər
O da "Uzak şehir"in heyətinə qatıldı
12:35 09.04.2026
O da "Uzak şehir"in heyətinə qatıldı
Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də
12:12 09.04.2026
Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də
İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul etdi - FOTOLAR
12:04 09.04.2026
İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul etdi - FOTOLAR
Belarus və Azərbaycan tikinti sahəsində irimiqyaslı layihələr reallaşdıracaq - FOTOLAR
12:01 09.04.2026
Belarus və Azərbaycan tikinti sahəsində irimiqyaslı layihələr reallaşdıracaq - FOTOLAR
“Bu gecəni də sağ-salamat keçirsə, yaşamaq şansı var”- Ofeliya qardaşının səhhətindən danışdı
11:57 09.04.2026
“Bu gecəni də sağ-salamat keçirsə, yaşamaq şansı var”- Ofeliya qardaşının səhhətindən danışdı
İrşadda "Şad Günlər" fürsəti yenidən start götürür!
11:56 09.04.2026
İrşadda "Şad Günlər" fürsəti yenidən start götürür!
Prezident qəbul keçirdi - FOTOLAR
11:51 09.04.2026
Prezident qəbul keçirdi - FOTOLAR
Göyərti də bahalaşdı - QİYMƏT
11:45 09.04.2026
Göyərti də bahalaşdı - QİYMƏT
Xaricdən məhsul sifariş edənlərə yeni xəbər - Yeni qaydalar hazırlanır
11:44 09.04.2026
Xaricdən məhsul sifariş edənlərə yeni xəbər - Yeni qaydalar hazırlanır