Fərəc Quliyevin partiyasında istefa dalğası davam edir.
AZXEBER.COM-un məlumatına görə, Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin müavini Seymur Həsənli tutduğu vəzifədən istefa verib. “Facebook” profilində istefasını şəxsi problemləri ilə əlaqələndirsə də, araşdırmalarımız Fərəc Quliyevlə onun arasında maddi baxımdan narazılıq yarandığını göstərdi. Belə ki, Fərəc Quliyev partiya funksionerinə maddi baxımdan heç bir dəstək verməyib və Seymur Həsənli vəzifəsindən uzaqlaşıb.