Fərhad Hacıyev 2-ci Avropa Oyunlarına həsr olunmuş görüşdə iştirak edib

GƏNCLİK
15:52 14.04.2017
1508
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Belarus Respublikasında keçiriləcək 2-ci Avropa Oyunlarının hazırlıqlarına həsr olunmuş görüşdə iştirak edib.
 
Fonddan AZXEBER.COM-a verilən məlumata görə, görüşdə, eyni zamanda, Belarusun Prezident Administrasiyası rəhbərinin birinci müavini, təhsil və idman nazirləri, Belarus Gənclər İttifaqının sədri və digər rəsmi şəxslər iştirak edib. Fərhad Hacıyev Birinci Avropa Oyunlarına hazırlıq prosesi haqqında danışıb, bu oyunların hazırlığında bütün ölkənin səfərbər olduğunu, prezident İlham Əliyevin və Təşkilat Komitəsinin rəhbəri, birinci vitse-prezident Mehriban Əliyevanın proseslərdə birbaşa iştirak və rəhbərlik etdikləri haqqında geniş məlumat verib. Fərhad Hacıyev bununla yanaşı, cəlb olun insan resurslarından, o cümlədən könüllülər və mütəxəssislərdən danışıb, könüllülərin hazırlıq prosesi haqqında ətraflı çıxış edib. Görüşdə iştirak edən Belarus idmançıları, Olimpiya komitəsinin və idman və turizm nazirliyinin rəhbərləri Bakıda keçirilən Birinci Avropa Oyunlarının dünya standartlarına uyğun keçirildiyini və hazırda Belarusun bu təcrübə ilə yaxından tanış olduğunu vurğulayıblar. Çıxışdan sonra sual-cavab sessiyasında Belarus tərəfini maraqlandıran suallara cavab verilib. Eyni zamanda, Fərhad Hacıyev Belarusun mərkəzi kanalına, paytaxt kanalına və digər mətbu orqanlara müsahibə verib. Görüşün sonunda Birinci Avropa Oyunlarına həsr olunmuş videoçarx yayımlanıb.

OXŞAR XƏBƏRLƏR