Fərhad Hacıyev: 'Azərbaycanda həyata keçirilən gənclər siyasəti bütün dövlətlər üçün nümunə ola bilər'
GƏNCLİK
12:15 04.02.2013
1443
«Sürətlə inkişaf etməkdə olan ölkəmizdə sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakı nəzərə çarpır. Ölkəmizin sosial, iqtisadi, mədəni inkişafında əlbəttə ki, gənclərin böyük rolu var. Onlar nəinki bu prosesin iştirakçısı qismində, hətta həyata keçirilən fəaliyyətlərin aparıcı qüvvələri kimi çıxış edirlər». AZXEBER.COM-un məlumatına görə, bu fikirləri Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib.F.Hacıyev bildirib ki, bu gün gəncliyin innovativ potensialından geniş istifadə olunaraq cəmiyyətin maraqlarının təmin edilməsinə şərait yaradılır. Onun sözlərinə görə, hazırda istənilən sahədə gənclərin fəallığına rast gəlmək olar.