Avrasiya İttifaqı Rusiya tərəfindən təklif edilən bir qurumdur.
Lakin Azərbaycanın bu quruma qatılmamaqda bir neçə əsası var.Azərbaycan öz inkişafını hələ ki eksperiment kimi fəaliyyət göstərən quruma həvalə etməz.Gün.Az xəbər verir ki, bunu Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov, Ali Neft Məktəbində təhsil ocağının rektoru və tələbələrinin iştirakı ilə keçirilən “Azərbaycan:Geosiyasi kimlik” mövzusunda seminarda çıxış edərkən deyib.O bildirib ki, hələ ki, ölkəmiz gözləmə mövqeyindədir. Belə ki, əvvəlcə bu qurum öz yolunu dəqiqləşdirməlidir ki, siayətlə məşğul olur ya iqtisadiyyatla.“Əgər siyasətdirsə belə olan halda MDB orda var. Azərbaycanın onsuz da orada siyasi strategiyası müəyyəndir. Yox əgər iqtisadiyyatla məşğul olursa burada bəzi məsələlərdə dəqiqləşdirmə aparılmalıdır”.F.Məmmədov vurğulayıb ki, Azərbaycandan başqa bəzi ölkələr də var ki, quruma daxil olmaqda gözləmə mövqeyi tutub.“Bu qurum müəyyən zaman fəaliyyət göstərəndən sonra məqsədlər də aydın olacaq. O zaman dəqiq qərar vermək mümkün olacaq. Məlum məsələ budur ki, bizim neftimizi də qazımızı da Qərb ölkələri alır. Bu mənada Azərbaycan öz inkişafını Qərbdə görür”.
Seminarda çıxış edən rektorElmar Qasımovqeyd edib ki, coğrafi baxımdan şərq və qərbin qovşağında yerləşən İslam və Türk dünyasının Azərbaycan Avropaya siyasi, iqtisadi və mədəni inteqrasiyası genişləndikcə onun geosiyasi əhəmiyyəti də artmaqdadır.Həmçinin o vurğulayıb ki, unikal geosiyasi mövqeyə zəngin təbii ehtiyatlara, sürətlə inkişaf etməkdə olan iqtisadiyyata malik ölkə bu gün fərqli sivilizasiyalar və mədəniyyətlər arasında körpü rolunu oynayır.Tədbirin sonunda Fərhad Məmmədova Ali Neft Məktəbinin xüsusi diplomu təqdim olunub.