Fərid Məmmədov “Forbes”da Azərbaycanın yeni rəqəmsal erasından bəhs etdi

Fərid Məmmədov “Forbes”da Azərbaycanın yeni rəqəmsal erasından bəhs etdi
İQTİSADİYYAT
16:03 29.12.2025
1031

Qlobal biznes dünyasının ən nüfuzlu tribunalarından olan "Forbes Middle East” jurnalı bu dəfə diqqətini Azərbaycanın sürətlə dəyişən iqtisadi mənzərəsinə yönəldib. Bir ekosisteminin baş icraçı direktoru, Kapital Bank-ın Müşahidə Şurasının sədri Fərid Məmmədov nüfuzlu nəşrdə dərc olunan məqaləsində Azərbaycanın qeyri-neft sektorunun yüksəlişi və ölkənin regional innovasiya habına çevrilməsi vizyonunu təqdim edib. Məqalə sadəcə bir iqtisadi təhlil deyil, eyni zamanda Azərbaycanın qlobal rəqəmsal arenadakı yeni yerinin manifesti xarakteri daşıyır.

Yazıda Fərid Məmmədov ölkə iqtisadiyyatının şaxələndirilməsi fonunda maliyyə texnologiyalarının oynadığı həlledici rolu xüsusi vurğulayıb. O qeyd edib ki, Azərbaycan artıq resurs əsaslı iqtisadiyyatdan, bilik və texnologiya əsaslı yeni bir eraya keçid edir. Bu transformasiyanın dəstəkçilərindən biri də insanların həyat tərzini kökündən dəyişən, bankçılıq və gündəlik xidmətləri vahid çətir altında birləşdirən Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemidir. Müəllif məqaləsində rəqəmsal həllərin sadəcə biznes proseslərini deyil, cəmiyyətin maliyyə vərdişlərini necə müsbətə doğru dəyişdiyini qlobal auditoriyanın diqqətinə çatdırır.

Məqalənin ən yaddaqalan məqamlarından biri Fərid Məmmədovun gələcək vizyonu ilə bağlıdır: "Bizim hədəfimiz rəqəmsal xidmətlər təklif etməklə yanaşı, sərhədləri aşan və qlobal bazarlara inteqrasiya edə bilən dayanıqlı texnoloji infrastruktur qurmaqdır. Bu gün Azərbaycan regionda rəqəmsal inkişafın əsas liderlərindən biri kimi çıxış edir və innovasiya ixrac edən ölkəyə çevrilmək yolundadır”. Qeyd edək ki, Forbes nəşrində yer alan bu fikirlər Azərbaycanın investisiya cəlbediciliyini və texnoloji potensialını beynəlxalq işgüzar dairələrə çatdırmaq baxımından strateji əhəmiyyət daşıyır.

Məqaləni oxumaq üçün link: https://www.b-b.az/frbs

Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem  Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.     

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
16:15 08.11.2026
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
16:13 08.11.2026
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
16:12 08.11.2026
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"
16:10 08.11.2026
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"