"Gənclərimizlə fəxr edirik”
AZXEBER.COM xəbər verir ki, bu sözləri Gənclər və İdman naziri Fərid Qayıbov Gənclər və İdman Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda keçirilən konfrans zamanı deyib.
O qeyd edib ki, gənclərimiz müxtəlif sahələrdə uğurlar qazanır və Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edirlər. Biz gənclərimizlə fəxr edirik. Milli-mənəvi dəyərlərin qorunması dövlət proqramlarında və gənclər strategiyasında da öz əksini tapıb. Milli-mənəvi dəyərlərə sahib çıxmağ çox əhəmiyyətlidir.
Şahanə Ziyad











































