Fərid Şahbazlı: 'Azərbaycandakı sabitlik nəinki bölgənin, hətta dünyanın bir sıra aparıcı ölkələri üçün nümunə sayıla bilər'

GƏNCLİK
13:20 30.12.2012
2295
Fərid Şahbazlı: "Harada iş və inkişaf varsa o ölkələrə qarşı bu cür təxribatların olması labüddür""Son vaxtlar Azərbaycanın adının bəzi beynəlxalq təşkilatlar tərəfindən qərəzli və məqsədli şəkildə dünyanın ən geridə qalmış ölkələri ilə bir sırada çəkilməsi, müxtəlif hesabatlara daxil edilməsi ölkəmizin dünyada artan nüfuzuna və müstəqil xarici siyasətinə olan qısqanc münasibətdən doğur". Bu sözləri "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı “Reuters” Agentliyinin ABŞ Dövlət Departamentinə istinadən Azərbaycanın guya Əfqanıstan, Sudan, Liviya kimi təhlükəli, riskli ölkələr sırasına daxil edilməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib. O qeyd edib ki, təkcə yola saldığımız 2012-ci ildə Azərbaycan bir çox beynəlxalq uğurlara imza atıb ki, buda heç şübhəsiz bütün dövlətləri öz nəzarətinə almaq istəyən dünya hegemonları üçün heç də arzuolunan deyil: "Ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının(TŞ) qeyri-daimi üzvü seçilib və bir müddətdə quruma rəhbərlik edib. Azərbaycan MDB məkanınada ikinci ölkədir ki, Təhlükəsizlik Şurasıa üzv olub. Digər tərəfdən Azərbaycanın artan siyasi və iqtisadi imkanları onu dünya səviyyəli mədəniyyət və idman yarışlarının ev sahibinə çevirib. Bütün bu yarışlar və tədbirlərin təhlükəsizliyi dövlət qurumları tərəfindən ən yüksək səviyyədə təmin olunub. Bütövlükdə birmənalı qaydada demək olar ki, Azərbaycandakı sabitlik nəinki bölgənin, hətta dünyanın bir sıra aparıcı ölkələri üçün nümunə sayıla bilər".

OXŞAR XƏBƏRLƏR