AZXEBER.COM-un məlumatına görə, forumda Azərbaycan hakimiyyəti tənqid olunub.
"İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı forumla bağlı fikirlərini AZXEBER.COM-a bildirib: "Əlbəttə, ayrı-ayrı qurumlar müxtəlif tədbirlər keçirib, bu tədbirlərə müxtəlif adlar qoya bilərlər. Yəni, tam təbiidir və onların konsitutsion haqqıdır. Ancaq mənim üçün Azərbaycan gənclərinin səlahiyyətli yığıncağı olan Gənclər Forumu oktyabr ayının 25-də keçirilib və ölkə gəncliyinin bütün təbəqələri həmin forumda iştirak edib. Sizin qeyd etdiyiniz tədbiri isə mən sadəcə olaraq bir qrup müxalif düşüncəli gəncin sıradan bir toplantısı kimi dəyərləndirirəm və ciddi nəticələr gözləmirəm".
Xatırladaq ki, 25 oktyabr tarixində Heydər Əliyev adına Respublika sarayında Azərbaycan Gənclərinin VI forumu keçirilmişdi. Forumda mərkəzi struktorların rəhbərləri, beynəlxalq humanitar təşkilatların nümayəndələri, ali təhsil müəsisələrinin rektorları, millət vəkilləri, yaşadıqları ərazidə fəallıq nümayiş etdirən gənclər iştirak etmişdi.