Fərid Şahbazlı: 'Bu onlar üçün böyük şərəf olar' - AÇIQLAMA
Bütün Xəbərlər
01:11 23.05.2012
1692
"AXCP Gənclər Komitəsi də ucuz populizmlə məşğuldur"Xəbər verildiyi kimi, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı mətbuata müsahibəsində rəhbərlik etdiyi komitənin ölkənin ən intellektual və nüfuzlu gənclər qurumu olduğunu bildirib. O, hətta YAP Gənclər Birliyinin sədri Seymur Orucovu debata dəvət edərək, 500 minlik partiyadan kimsənin onlarla debata çıxmağa cəsarət etmədiyini qeyd edib.Ə.Qurbanlının bu açıqlamasına iqtidar cəbhəsindən müxtəlif reaksiyalar gəlib. Məsələ ilə bağlı Azxeber.com-a açıqlama verən "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı qeyd edib ki, bu debat müraciəti konkret olaraq YAP təmsilçilərinə ünvanlanıb: "Mən isə YAP-ın üzvü deyiləm və onların adından danışmaq səlahiyyətim yoxdur. Ümumilikdə deyə bilərəm ki, mən Əbülfəz Qurbanlı ilə elə onların öz tribunlarında- "Azadlıq" radiosunda debatda olmuşam və deyə bilərəm ki, onun çıxışlarında intellekt adına heç nəyə rast gəlmək olmaz. Onun çıxışları başdan-başa qaraguruh ifadələrdən ibarətdir. Bu mənada məncə YAP AXCP Gənclər Komitəsinin müraciətinə qorxduğundan deyil, sadəcə onları ciddiyə almadığından reaksiya vermir. Bu partiyanın bütün funksionerləri kimi, Gənclər Komitəsi də ucuz populizmlə məşğuldur. Bütün bu debat çağırışlarının əsl mahiyyətində də cəmiyyətdə sürətlə öz nüfuzunu itirən cəbhəçilərin mövcudluqlarını hiss etdirmək cəhdləri dayanır. Bu mənada ölkənin ən güclü siyasi partiyası olan YAP-dan kiminsə onların müraciətinə reaksiya verməsi onlar üçün böyük şərəf olar".