Fərid Şahbazlı Gürcüstanın “Rustavi 2” televiziyasına danışdı: “Bu hadisə xalqımızı dərindən hiddətləndirib”

Fərid Şahbazlı Gürcüstanın “Rustavi 2” televiziyasına danışdı: “Bu hadisə xalqımızı dərindən hiddətləndirib”
GƏNCLİK
17:49 25.01.2019
7084
Bu ilin 20 yanvar tarixində Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalında və bu ərazilərdəki azərbaycanlıların qətlində birbaşa iştirak etmiş Mikail Avakyana büstün qoyulması Azərbaycanda böyük təpki ilə qarşılanıb. Artıq Azərbaycan Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Gürcüstandakı səfiri tərəfindən dərhal Gürcüstan XİN-də görüş keçirilib. Eyni zamanda, Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək, ölkələrimiz arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib. Məsələ Xarici İşlər Nazirliyinin nəzarətindədir.

Məsələ ilə bağlı Gürcüstanda bir sıra tədbirlərə təşkilatçılıq edən "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bu ölkənin "Rustavi 2” televiziyasının suallarını cavablandırıb. O, kanala müsahibəsində qeyd edib ki, erməni qatilə Gürcüstanda büst qoyulması Azərbaycanla-Gürcüstan arasında tarixi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna adekvat addım deyil: "Artıq Azərbaycan XİN məsələ ilə bağlı məlumat yayaraq, müvafiq addımlar atmağa başlayıb. Bu hadisə Azərbaycan ictimaiyyətinin də ciddi narazılığına və narahatçılığına səbəb olub. Çünki, Azərbaycanla Gürcüstan bütün platformalarda bir-birini yaxından dəstəkləyir. Gürcüstan Azərbaycanın böyük yatırımlar etdiyi ölkələr sırasında ilk yerlərdə gəlir. Bütün bunların fonunda, Azərbaycanda Ümümxalq Hüzn Günü kimi anılan  20 yanvar tarixində əli günahsız azərbaycanlıların qanına batan qatilin Gürcüstanda büstünün açılışının keçirilməsi xalqımızı dərindən hiddətləndirib. Baş verən bu hadisə ölkələrimiz arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərini zədələməyə yönələn bir addımdır”.

Qeyd edək ki, F.Şahbazlı ilə yanaşı, millət vəkilləri Adil Əliyev, Rasim Musabəyov, Azərbaycan Diasporu İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili də mövzu ilə bağlı etirazlarını bildiriblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
İsrail ordusu Qəzza zolağının şimalında onlarla silahlını öldürüb
20:47 15.07.2025
İsrail ordusu Qəzza zolağının şimalında onlarla silahlını öldürüb
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
20:37 15.07.2025
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılıq əldə edə bilməyib
20:20 15.07.2025
Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılıq əldə edə bilməyib
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
20:04 15.07.2025
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib