Fərid Şahbazlı: 'Leyla Yunus qanunlar qarşısında cavab verməlidir'

Fərid Şahbazlı:
Bütün Xəbərlər
10:42 03.08.2014
1259

“Onun Azərbaycana düşmən mövqedə olan dairələrin sifarişi ilə ölkəmizə qarşı apardığı təxribatçılıq fəaliyyəti hər kəsin gözü önündə baş verib”

“Leyla Yunus və əri Arif Yunusun Ermənistan xüsusi xidmət orqanları, onların nəzarətində olan şəxs və qurumlarla əməkdaşlığı, onlardan gələn sifarişləri icra etməsi haqqında məlumatlar yenilik deyil. Hər iki şəxs Azərbaycan dövləti və xalqı əleyhinə düşmənçilik fəaliyyəti ilə bunu dəfələrlə sübut ediblər”.

AZXEBER.COM-un məlumatına görə, bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Sülh və Demokratiya İnstitutunun direktoru L.Yunusun həbs olunmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Leyla Yunusun Azərbaycan dövlətinə, xalqına qarşı düşmənçilik və təxribatçılıq fəaliyyəti ölkə ictimaiyyətinə çoxdan bəllidir: “Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Leyla Yunusun həbsi ilə bağlı yaydığı açıqlamada əksini tapan təkzibolunmaz faktlar da bu məlumatları növbəti dəfə təsdiqlədi. Özünü hüquq müdafiəçisi adlandıran L.Yunusun yalnız Bakı metrosunda terror aktı törədən ermənini siyasi məhbus siyahısına salması faktını xatırlatmaq kifayət edir ki, bu adamın ölkəmizə qarşı qatı düşmənçilik mövqeyində dayandığı və Ermənistandan gələn məkrli sifarişləri icra etdiyi həqiqəti üzə çıxsın. Onun illərdir ermənilərlə təslimçi sülhə hesablanan, milli maraqlarımıza təhlükə törədən fəaliyyəti böyük ikrah hissi doğurur və cəmiyyət tərəfindən birmənalı şəkildə nifrətlə qarşılanır”.

Fərid Şahbazlının sözlərinə görə, Leyla Yunus və əri Arif Yunusun təqsirləndirildikləri ittihamlar həqiqəti əks etdirir və tamamilə hüquqidir: “Bu adamlar dövlətə xəyanət, dələduzluq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ağır və ciddi maddələrlə ittiham olunur. Onların həbsi ilə bağlı iki dövlət qurumunun birgə yaydığı məlumatda bu ittihamları əks etdirən təkzibolumaz faktlar yer alıb. Leyla Yunusun Azərbaycana düşmən mövqedə olan dairələrin sifarişi, müxtəlif beynəlxalq təşkilatların ayırdığı böyük məbləğlərdə vəsaitin qarşılığında davamlı olaraq ölkəmizə qarşı yerli və beynəlxalq səviyyədə apardığı təxribatçılıq fəaliyyəti hər kəsin gözü önündə baş verib”.

Fərid Şahbazlı qeyd edib ki, Leyla Yunus bütün bu əməllərinə görə məsuliyyət daşıyır və qanunlar qarşısında cavab verməlidir: “Azərbaycan hüquqi və demokratik dəyərlərlə idarə olunan ölkədir. Burada hansısa partiyanın, ictimai təşkilatın təmsilçisi olmaq heç kimə qanunlar qarşısında əlavə imtiyazlar tanımır. Leyla Yunusun həbsini siyasiləşdirmək, bunu onun sadəcə Azərbaycanın düşmənlərinə xidmət edən “hüquq müdafiəçi”lik fəaliyyəti ilə əlaqələndirmək cəhdləri reallıqdan uzaqdır və heç bir nəticə verməyəcək. Leyla Yunusun həbsi hüquqi addımdır və bunda heç bir siyasi motiv yoxdur”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Regionda gərginliyin artması təhlükəsiz nəqliyyat marşrutlarının əhəmiyyətini bir daha vurğulayıb”
17:23 27.06.2025
“Regionda gərginliyin artması təhlükəsiz nəqliyyat marşrutlarının əhəmiyyətini bir daha vurğulayıb”
10-cu sinif şagirdi kanalda batdı - FOTO
16:57 27.06.2025
10-cu sinif şagirdi kanalda batdı - FOTO
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
16:43 27.06.2025
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
16:18 27.06.2025
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
16:04 27.06.2025
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib