Fərid Şahbazlı: “Türk dünyası ölkələrinin gəncləri arasında əməkdaşlığın böyük potensialı var”

GƏNCLİK
21:58 15.03.2023
6951
"Türk dünyası ölkələrinin gənclər siyasətinə məsul qurumları ilə Azərbaycanın müvafiq qurumları, gənclər təşkilatları arasında əməkdaşlığın çox böyük perspektivi və potensialı var. Eyni zamanda Türk dünyası gənclərinin Azərbaycana xüsusi bir marağı və diqqəti var. Özbəkistan və Qazaxıstana səfərimiz çərçivəsində bu diqqəti ciddi şəkildə hiss etdik”.

Bu sözləri açıqlamasında Azərbaycan-Özbəkistan Gənclərinin Birinci Dostluq və Həmrəylik Forumun təşkilatçısı "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib. Birlik sədri vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Türk Dövlətləri Təşkilatı, TÜRKPA və digər beynəlxalq təşkilatlar çərçivəsində, eyni zamanda ikitərəfli qaydada Türk dünyası ölkələri ilə qurduğu yüksək əlaqələr öz real bəhrəsini verməkdədir: "Bu gün Azərbaycan qardaş Türkiyə ilə birlikdə Türk dünyası ölkələri arasında bütün sahələrdə əməkdaşlığın gücləndirilməsi, inteqrasiya prosesinə liderlik edir. Cənab Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir. Cənab Prezidentin xarici ölkələrə səfərlərinin son xronologiyası sübut edirki, Azərbaycan türk dövlətləri arasındakı qarşılıqlı əlaqələrin genişlənməsi, türk dünyasının müasir dünyada mövqeyinin daha da möhkəmləndirilməsi işinə ciddi töhfələr verir”.

Fərid Şahbazlı bildirib ki, yaxın keçmişdə Qazaxıstan və Özbəkistanda səfərlərdə olub, bir sıra önəmli işgüzar görüşlər keçiriblər: "Bu ölkələrin dövlət qurumlarında, gənclər siyasətlərinə məsul təşkilatlarında, universitetlərində, media qurumlarında çoxsaylı görüşlər keçirdik. Reallıq ondan ibarətdir ki, bu iki qardaş ölkələrdə Azərbaycanın inkişaf modelinə, gənclər siyasətinə, ümumiyyətlə ölkəmizin tarix və mədəniyyətinə böyük maraq var. Türk dünyasının sürətlə inkişaf edən ölkəsi kimi Azərbaycanın həyata keçirdiyi daxili və xarici siyasət bu ölkələrin gəncləri, mediası tərəfindən ciddi şəkildə öyrənilir. Azərbaycanın Qarabağda yazdığı Zəfər tarixi bütün Türk dünyasında böyük ruh yüksəkliyinə səbəb olub. Türk dünyası ölkələrinin gəncləri Azərbaycana səfər etmək, ölkəmizin inkişaf tempi, həqiqətlərimizlə yaxından tanış olmaq istəyirlər. Eyni zamanda gənclər təşkilatları, universitetlər birgə ortaq layihələrin icrasına böyük maraq göstərirlər”.

F.Şahbazlı deyib ki, "İslahatçı Gənclər” İctimai Birliyi olaraq, bu istiqamətdə müvafiq dövlət qurumları ilə koordinasiya edilmiş şəkildə bir sıra layihələr reallaşdırmağı nəzərdə tuturlar.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq