Fərid Şahbazlı Xocalı soyqırımı ilə bağlı Türkiyə televiziyalarına müsahibə verib - VİDEO

GƏNCLİK
05:45 05.03.2015
2871

“İslahatçı Gənclər” İctimai Birliyinin(İGİB) sədri Fərid Şahbazlı Xocalı soyqrımın 23-cü ildönümü ilə bağlı Türkiyənin İstanbul şəhərində təşkil olunan tədbirlərə qatılıb və bu ölkənin nüfuzlu televiziyalarına müsahibə verib.

AZXEBER.COM xəbər verir ki, F.Şahbazlı TRT Haber, TRT Avaz və Kanal 24 televiziyalarına verdiyi müsahibələrdə Xocalı soyqrımı, onun dəhşətli nəticələrindən söz açıb. İGİB sədri Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətdən söz açaraq, ermənilər tərəfindən öz doğma torpaqlarında girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev olayına dünyanın səssiz qalmasından danışıb.

Fərid Şahbazlı eyni zamanda Azərbaycanın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hər ötən gün hərbi gücünü artırdığını qeyd edərək, ölkəmizin sadəcə beynəlxalq hüquq normalarına hörmət əlaməti olaraq səbr etdiyini vurğulayıb.

OXŞAR XƏBƏRLƏR