Son illər Türkiyənin bir sıra şəhərlərində Azərbaycanla bağlı silsilə tədbirlər təşkil edən İslahatçı Gənclər İctimai Birliyinin rəhbəri Fərid Şahbazlı sosial şəbəkələrdə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu barədə sərt tənqidi fikirlər səsləndirib.
AZXEBER.COM xəbər verir ki, İstanbul Baş Konsulluq əməkdaşlarının azərbaycanlılara qarşı laqeyd yanaşdığını və ən xırda problemləri belə həll etməkdə maraqlı görünmədiklərini deyən İGİB sədri ölkə başçısı Cənab İlham Əliyevin xalqla son təmaslarını xatırladaraq, İstanbuldakı diplomatlarımızın xalqdan çoz-çox uzaq olduqlarını bildirib.