Fəxrəddin Həsənzadə: Azərbaycan dövləti icra hakimiyyətinin həyata keçirilməsində gənc idarəçilərə güvənir -MÜSAHİBƏ

Fəxrəddin Həsənzadə: Azərbaycan dövləti icra hakimiyyətinin həyata keçirilməsində gənc idarəçilərə güvənir -MÜSAHİBƏ
GƏNCLİK
14:24 19.09.2016
2336

Fəxrəddin Həsənzadə:Dəyişiklik aktında yaş senzinin aradan qaldırılması əyani olaraq bir daha sübut edir ki, Azərbaycan dövləti öz gəncliyinə inanır və icra hakimiyyətinin həyata keçirilməsində gənc idarəçilərə güvənir.

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru, "Vətəndaş Cəmiyyəti" təşviqat qrupunun vəkili Fəxrəddin Həsənzadənin AZXEBER.COM-a müsahibəsi

- Referendum kimi tarixi hadisənin baş verməsini necə qiymətləndirirsiniz?

- Müstəqilliyimizin 25 illiyində məhz demokratik, hüquqi dövlət quruculuğumuzun möhkəmləndirilməsinə hesablanmış referendum seçkiləri mütərəqqi hadisədir. İstənilən bir cəmiyyətdə xalqın firavan yaşaması üçün daima verilən təkliflər tələblərdən irəli gəlməlidir. Qısa ifadə etsək “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktı bu tələblərdən doğur. Həqiqətən də, 2016 –cı il islahatlar ili çərçivəsində dövlətimiz mövcud reallıqları əsas gətirərək dövlət orqanlarının fəaliyyətlərini daha da təkmilləşdirilməsinə xidmət edən bu dəyişikliklər müasir çağırışlara uyğundur. Ən başlıca məqam yaradılacaq modern idarəetmə sistemidir ki, buda idarəetmənin mobilliyini artırmaqla yanaşı, verilən qərarların icrasında ciddi intizam sistemini formalaşdıracaqdır. Məhz referendumda təklif olunan bütün dəyişikliklər səlahiyyətlərindən asılı olmayaraq, hər kəsin vətəndaş qarşısında məsuliyyətini artıracaqdır.

- Azərbaycan insanı, xüsusən gənclər referendum prosesində rolu hiss olunurmu?

Birmənalı olaraq, deyə bilərəm ki, bu gün bütün sahələrdə ölkənin həm siyasi, həm sosial və mədəni həyatında qərarların qəbul edilməsi gənclərin iştirakı gənclər siyasətimizin mühüm tərkib hissəsidir. Xüsusən təşviqat qruplarında gənclərə yer verilməsi onların fəal olaraq bu prosesə cəlb olunmasına şərait yaranmışdır. Dəyişiklik aktında yaş senzinin aradan qaldırılması əyani olaraq bir daha sübut edir ki, Azərbaycan dövləti öz gəncliyinə inanır və icra hakimiyyətinin həyata keçirilməsində gənc idarəçilərə güvənir. Həmçinin, təşviqat çərçivəsində həyata keçirdiyimiz görüşlərdə iştirakçıların mütləq əksəriyyətinin gənc olması, onların bizim çağırışlara həmrəylik göstərməkləri ölkə gəncliyinin yekdilliklə davamlı və dayanıqlı inkişaf naminə hesablanmış siyasətə HƏ deməsinə əsasdır.

- Referendumdan sonra ictimai fəaliyyətdə hansı yeniliklər və dəyişikliklər gözlənilir?

Əminliklə deyə bilərəm ki, Azərbaycan dövlətinin hər bir sahədə apardığı siyasət ilk növbədə vətəndaşın xeyrinə hesablanır və konstitusiyada təklif olunan dəyişiklikləri ölkədə aparılan siyasi və iqtisadi islahatların davamlılığını təmin edəcək. Bununla yanaşı dəyişikliklər hərbi təhlükəsizliyin təkminləşdirilməsinə, vahid idarəetmə modelinin yaradılmasına əhəmiyyətli təsir göstərməklə yanaşı, daxili hərbi təhdidlərin yaranmasına son qoyacaqdır. Yeni isntitutların yaradılması islahatların dairəsinin genişləndirilməsinə və onların sürətləndirilməsinə xidmət edəcək. Bir gənc olaraq, xüsusi ilə qeyd etmək istərdim ki, bu dəyişikliklər icra orqanlarında gənclərin təmsil olunmasına, gənclərin bilik və potensialının ölkənin inkişafı naminə daha səmərəli yönləndirilməsinə şərait yaradacaq. Bu dəyişikliklər müstəqil Azərbaycanın dinamik inkişaf tarixini yazacaq. Biz gənclər olaraq, bu yazını yazan qələmi tutan əllər olacağıq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
15:11 09.08.2025
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
15:05 09.08.2025
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
15:03 09.08.2025
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
14:52 09.08.2025
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
14:29 09.08.2025
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
14:17 09.08.2025
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
14:02 09.08.2025
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
13:49 09.08.2025
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
Şəkidə 5 otaqlı evdə yanğın olub
13:40 09.08.2025
Şəkidə 5 otaqlı evdə yanğın olub
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
13:35 09.08.2025
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
13:25 09.08.2025
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
13:19 09.08.2025
"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - xəsarət alanlar var
12:55 09.08.2025
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - xəsarət alanlar var
"İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi" - Səbuhi Abbasov
12:45 09.08.2025
"İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi" - Səbuhi Abbasov