Fəxrəddin Həsənzadə: "Bakı Mühəndislik Universitetinin yaradılması təhsil siyasətinin uğurudur"

GƏNCLİK
15:16 10.11.2016
2880
Təhsilin praktikliyi cəmiyyətdə əhalinin sosial rifahının inkişafında əsas amil kimi dəyərləndirilir.
 
Belə ki təhsil sisteminin müasir tələblərə uyğunlaşdırılması və əmək bazarında spesifik ixtisaslar üzrə insan resurslarının formalaşdırılması başlıca olaraq iqtisadi göstəriciyə müsbət tövfə verir.Bu baxımdan texnoloji inqilab əsrində , bütün sahələrin modernləşdiyi zamanda Bakı Mühəndislik Universitetinin yaradılması haqqında verilən sərəncamı gələcəyə hesablanmış böyük investisiya layihəsi kimi qiymətləndirmək lazımdır.
 
Son dövrlərdə ölkəmizdə qeyri neft sektorunun inkişafı və yeni sənaye parklarının yaradılması bu sahədə kadrların səriştəsinin artırılmasını və yeni innovasiyalardan səmərəli faydalanacaq mütəxəssislərə ehtiyacı zəruri edir.Buda özlüyündə təhsilin keyfiyyətinin və əhatəliliyinin artırılmasını vacib şərt kimi göstərir. Məhz verilən sərəncam bu kimi çatışmazlıqları aradan qaldırmaq və daxili insan kapitalının formalaşdırılmasına hesablanır.
 
Şübhəsiz ki ,bü gün ölkəmizdə əmək bazarında rəqabətədavamlı , müasir bilik və potensiala malik mühəndislər yetişdirəcək Ali Neft Məktəbi , Milli Aviasiya Akademiyası kimi universitetlər var , amma təəssüflər olsunki spesifik sahələr üzrə heçdə nəticə ürəkaçan deyil. Xüsusilə aqrar sahədə modernləşməyə ehtiyac duyulur və getdikcə müasir praktik fəaliyyətə əsaslanmayan , sırf nəzəriyyəyə söykənən tədris proqramları öz fundamental dəyərlərini itirməkdədir.Bunun üçün təhsil sisteminin ilbəil yenilənən standartlara cavab verməsi və iqtisadi dayanıqlılığının artırılması bu gün qarşımızda olan başlıca şərtdir.
 
Bu sahədə görülən işlərə nəzər salsaq əminliklə qeyd edə bilərik ki , "2007-2015 –ci illlərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili ürzə Dövlət Proqramı "çərçivəsində kifayət qədər gənc mühəndislik ixtisası üzrə dünyanın aparıcı universitetlərində dövlətimizin dəstəyi ilə təhsil alıb. İndiki mərhələdə onların bilik və təcrübəsindən yaradılacaq Universitetdə səmərəli faydalanmaq imkanımız genişdir. Bir sözlə həmin gənclərimiz bu mərhələdə təhsil elitasının xadiminə çevrilə bilərlər. Müasir standartlara cavab verən Bakı Mühəndislik Universitetinin yaradılması həmçinin ölkəmizə gələcək əcnəbi tələbələrin say artımına təkan verəcəkdir.
 
Bunu praktikada Azərbaycan Diplomatiya Akademiyasının fəaliyyətində görmək mümkündür. Bu mexanizm "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” –nın beşinci strateji istiqamətinə uyğun olaraq təhsil sisteminin maliyyələşdirilməsi modelinin davamlılığını artıracaq.

OXŞAR XƏBƏRLƏR