Fəxrəddin Həsənzadə Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri seçildi

GƏNCLİK
15:05 02.07.2013
3708

Bu gün Gənclər üçün Təhsil Mərkəzinin İdarə Heyətinin növbəti iclası keçirilib.

AZXEBER.COM xəbər verir ki, iclasda bir sıra məsələlər ətrafında müzakirələr aparılaraq qərarlar qəbul olunub.İdarə heyətinin qərarı ilə mərkəzin icraçı direktoru vəzifəsini həyata keçirən Rasim Ağayev Macarıstanda yerləşən Corvinus Universitetinə qəbul olduğu üçün tutduğu vəzifədən azad edilib.Mərkəzin yeni icraçı direktoru vəzifəsinə Fəxrəddin Həsən-zadə təyin edilib. O, bu günə qədər gənclər sahəsində müxtəlif layihə və proqramların hazırlanmasında, habelə həyata keçirilməsində yaxından iştirak edib.

OXŞAR XƏBƏRLƏR