Fəzail Ağamalı: "O məmurlar övladlarımın inkişafına imkan verməyiblər" - VİDEO

Fəzail Ağamalı: "O məmurlar övladlarımın inkişafına imkan verməyiblər" - VİDEO
SOSİAL
13:59 07.05.2021
1123
"Babam 89 yaşında, atam 86 yaşında dünyasını dəyişib". 

Bu sözləri AZXEBER.COM-un "Onun 10 qonağı" rubrikasının qonağı olan millət vəkili Fəzail Ağamalı deyib.
 
O, qeyd edib ki, nəsilləri uzunömürlüdür: 

"Allahın vermiş olduğu ömürdür. Mən belə şeylərə inanıram. Allah mənim özünün qurmuş olduğu tale yazısında kodumu nə vaxt bağlayacaqsa, onunla da həyat bitəcək. Bu gün də, sabah da, 3-5 il sonra da ola bilər. Ancaq bizim nəsil, ümumiyyətlə uzunömürlü nəsildir. Babam 89 yaşında, atam 86 yaşında dünyasını dəyişib. Bu yaşda, əlbəttə mən çalışıram ki, ölçülüb-biçilmiş addım atım. Çünki indi mənim səhv etməyə heç bir zərrə qədər haqqım yoxdur. Cavan vaxtı səhv edərsən, onda da deyirsən ki, bu səhvi mən növbəti illərdə düzəldərəm və təkrarlamaram. Mənim kimi insanın bu yaşda səhv etməyə haqqı yoxdur. Ancaq istisna etmirəm ki, dünyada səhvsiz insan yoxdur. Bəzən insan özündən asılı olmayaraq müəyyən səhvlər edir. Ancaq bu səhvlər təbii ki, kiməsə ciddi ziyan gətirməli deyil. İlk növbədə mən çalışıram ki, addımlarım heç bir vətəndaşımıza zərər gətirməsin. Onun həyatını zəhərləməsin. Həyatım boyu bunu etməmişəm. Çalışmışam ki, xeyirxah olum, insanlara kömək edim, yardım göstərim. Yıxılanın əlindən tutub yıxılmağa qoymamışam. Həmişə özümdən böyüklərə hörmət bəsləmişəm. Balacalara isə mərhəmət göstərmişəm. Bu, mənim həyat tərzimdir”.

Fəzail Ağamalı həyat və fəaliyyətindən danışarkən bildirib ki, prinsipial mövqeyinə görə, övladlarının cəmiyyətdə ciddi yer tutmasında problem yaradılıb:

"Mən 24 yaşımda evləndikdən sonra Sovet İttifaqı dağılana qədər Dövlət Təhlükəsizliyi Komitəsinin tam nəzarətində olmuşam. Buna görə mən çox şeylərdən məhrum olunmuşam. Evimə gələn məktub belə izlənilib. Eyni zamanda prinsipial mövqeyimə görə bir çox hallarda övladlarımın inkişafında, cəmiyyətdə daha ciddi yer tutmasında problem yaradılıb".

Elə bir məmur olub ki, 2000-ci illərin əvvəllərində o, çox böyük səlahiyyət sahibi olub. Mən bu səlahiyyət sahibinin açıq şəkildə üzərinə getmiş, onun prezident seçilməsini Azərbaycan üçün faciə adlandırmışam. O, vəzifədən gedənə qədər mənə və övladlarıma qarşı çox amansız və barışmaz mövqe tutub. Vaxtilə onun mənə münasibətini bilən ayrı-ayrı qorxaq məmurlar mənim övladlarımın inkişafına imkan verməyiblər. Bu, məni incidib və bu günə qədər də incidir. Halbuki mən orada şəxsi motivlər üzərində kimsənin üzərinə getməmişəm. Mən orada yalnız Azərbaycanın dövlətçilik və milli maraqları üçün bunu etmişəm və sübut olunub ki, mən düz etmişəm. Mən həmin dövrdə ölkəni daha yüksək inkişaf səviyyəsinə çıxara biləcək yeganə siyasətçi olaraq İlham Əliyevi görmüşəm. Söhbət 2003-cü ildə prezident seçilməsində əvvəlki illərdən gedir. 2003-cü ildən sonra prezident seçildikdən sonra məhz həmin adamlar mənim birmənalı şəkildə müdafiə etdiyim, bir vətəndaş olaraq seçimim olan cənab prezidentin təbliğatçılarından biri kimi o məmurlar tərəfindən haqsızlığa məruz qalmışam”.