Fəzail İbrahimli: “Budurmu sizin demokratiyanız?”

Fəzail İbrahimli: “Budurmu sizin demokratiyanız?”
Bütün Xəbərlər
18:12 26.09.2014
845

Atalar sözündə deyildiyi kimi, əqrəbə bal da versən, yenə zəhərə çevirəcək.

İndi Azərbaycan nə qədər inkişaf edir-etsin, bəzi beynəlxalq təşkilatlar yenə də həmin inkişafı görmək istəmirlər və yaxud da, ona pis nəzərlərlə baxıb qiymət verirlər.
AZXEBER.COM xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin sentyabrın 26-da keçirilən iclasında sözügedən komitənin üzvü, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Fəzail İbrahimli dilə gəririb.
“Mən beynəlxalq qurumlarda yaxından iştirak edirəm və görürəm ki, orada hər zaman Azərbaycana qarşı bir qərəzlilki, qısqanclıq var. Bizim müstəqilliyimizin cəmi 23 yaşı var, ancaq həmin beynəlxalq qurumlar bu 23 yaşlı gəncdən 60-70 illik bir yol keçmiş dövlətin yolunu, yerişini yeriməsini istəyirlər, tələb edirlər. Hansı ki, əslində bu 23 yaşlı gənc onların çoxundan daha sürətlə getməkdə, irəliyə doğru yeriməkdə, inkişaf etməkdədir...
Bu, necə demokratiyadır ki, Fransada, digər bəzi Qərb ölkələrində “erməni soyqırımı”nı inkar edənlərlə bağlı qanun qəbul olunur, cəzalar nəzardə tutulur? Axı, tarixdən də, elə Avropanın özündə gizlədilən arxiv sənədlərindən də məlumdur ki, soyqırımını türklər deyil, əksinə, ermənilər türklərə qarşı həyata keçiriblər.
Ancaq Avropa ölkələri bildirilər, qanun qəbul edirlər ki, "erməni soyqırımı"nı inkar edənlər qanun qarşısında cavabdehlik daşıyırlar. Budurmu sizin demokratiyanız? Ona görə də hesab edirəm ki, Azərbaycanla bağlı səsləndirilən ittihamların heç bir əsası yoxdur və bu ittihamlar sadəcə, ölkəmizə qarşı qlısqanclığın təzahürüdür”, - deyə, F.İbrahimli daha sonra sözlərinə əlavə edib.
OXŞAR XƏBƏRLƏR