Bakı şəhərində 1 nəfər özünü dənizə atıb.
AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Səbail rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1,5 km aralı, nəzarətsiz ərazidə) 1 nəfər özünü dənizə atıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.
Xilasedicilər Məmmədova Həmidə Ramiz qızının cəsədini batdığı yerdən çıxararaq aidiyyəti üzrə tehvil veriblər.
Əməliyyat saat 20:53-də başa çatıb.