Xəzər rayonunda “Daewoo” markalı avtobus, “KİA” və “BYD” markalı iki minik avtomobili toqquşub.
AZXEBER.COM-un FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA” markalı avtomobilin sürücüsü - 1983-cü il təvəllüdlü Famil Yahya oğlu Adıgözəlov və 2 nəfər sərnişini hadisə yerində ölüb və deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Cəsədlər Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:44-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.