FHN-in sabiq bölmə rəisinə cinayət işi açıldı

FHN-in sabiq bölmə rəisinə cinayət işi açıldı
Bütün Xəbərlər
16:35 23.04.2015
950
Fövqəladə Hallar Nazirliyinin sabiq əməkdaşının işə düzəltmək adı ilə vətəndaşdan pul almasına görə cinayət işi başlanıb.
Baş Prokurorluqdan AZXEBER.COM-a verilən məlumata görə, araşdırmalar zamanı Anar Allahverdiyev FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsində bölmə rəisi vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə etməklə Bakı şəhər sakinini həmin xidmətə işə qəbul etdirmək adı ilə aldadaraq 8 min manat məbləğində pulunu ələ keçirib.
Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR