FHN-in xilasedicilərini döydülər

FHN-in xilasedicilərini döydülər
Bütün Xəbərlər
12:26 17.09.2013
786

Sumqayıtda baş verən davada iki nəfər xəsarət alıb

Sumqayıtda polis əməkdaşları ilə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri arasında toqquşma olub. Bir neçə gün öncə baş vermiş hadisə nəticəsində FHN əməkdaşlarından ikisi ağır xəsarət alıb.

“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin bir qrup əməkdaşı dəniz kənarında xidmət aparan xilasedicilərlə mübahisə edərək onları döyüblər. Xilasedicilər iki nəfər olub, polislər isə 4 nəfər. Dava nəticəsində xilasedicilər ağır xəsarət alıblar. Məsələ Sumqayıt rəhbərliyinə çatdırılandan sonra həmin polis əməkdaşları ilə bağlı araşdırma aparılıb. Lakin davada iştirak edənlərdən polis çavuşu Yusif Yolçuyev yoldaşlarını xilas etmək üçün izahat yazaraq bu əməli təkbaşına törətdiyini bildirib. Buna görə də, o, daxili işlər orqanlarından xaric olunub. Yusif Yolçuyev Sumqayıt Şəhər Post-Patrul Xidmətinin əməkdaşı olub.

OXŞAR XƏBƏRLƏR