FHN Sumqayıt və Ucarda baş verən yanğınların qarşısını aldı

FHN Sumqayıt və Ucarda baş verən yanğınların qarşısını aldı
Bütün Xəbərlər
15:35 05.01.2012
1434
Ucar rayonunda vətəndaşa məxsus ümumi sahəsi 140 kvadratmetr olan beş otaqlı evdə yanğın olub. 
AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, nəticədə evin 90 kvadratmetr sahəsi əşyaları ilə birlikdə yanıb. FHN-in yanğınsöndürənləri burada lazımi tədbirləri görüb, yaxınlıqdakı evləri alovdan mühafizə edib və yanğını söndürüblər.
Sumqayıt şəhərində isə vətəndaşa məxsus müəssisənin ərazisindəki ümumi sahəsi 187 kvadratmetr olan tikilidə yanğın qeydə alınıb. Burada da alov yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğınsöndürmə briqadası alovun genişlənməsinin və yaxınlıqdakı müəssisəyə keçməsinin qarşısını alıblar.
OXŞAR XƏBƏRLƏR