FHN Türkiyədəki azərbaycanlı jurnalistlərə müraciət edib

FHN Türkiyədəki azərbaycanlı jurnalistlərə müraciət edib
SİYASƏT
20:55 31.07.2021
1239
"Mənə indicə məlumat verildi ki, bizim azərbaycanlı jurnalistlər yanğın yerində bizim əməkdaşlarla birlikdə reportajlar hazırlayırlar".

AZXEBER.COM xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

"Buradan gedən və orada olan jurnalistlərimizdən xahiş edirik ki, yanğının və tüstünün gur olan yerlərinə doğru hərəkət etməsinlər. Bu, onların həyatı üçün çox təhlükəlidir" - deyə nazir müavini bildirib.
OXŞAR XƏBƏRLƏR