FHN Xəzərdə balıqçını xilas edib

FHN Xəzərdə balıqçını xilas edib
Bütün Xəbərlər
11:59 29.09.2012
1111
Dənizdə batmaq təhlükəsi ilə üzləşən balıqçı xilas edilib.
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda avarlı qayıqla dənizə çıxmış 1 nəfər balıqçı (Türkan sularda xilasetmə postundan 400 m sola, nəzarət olunmayan ərazidə) batma təhlükəsi ilə üzləşib Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Həmin şəxs dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:45-də başa çatıb.
OXŞAR XƏBƏRLƏR