Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Türkiyənin iki klubuna transfer qadağası tətbiq edib.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu, qurumun rəsmi saytında yayımlanan transfer qadağaları siyahısında əksini tapır.
Türkiyə Super Liqasında çıxış edən "Gənclərbirliyi" üç transfer pəncərəsi ərzində yeni futbolçuları qeydiyyatdan keçirə bilməyəcək.
Türkiyə I Liqasının təmsilçisi "Pendikspor"a tətbiq edilən qadağanın isə müddəti göstərilməyib. Klubun transfer qadağası müvafiq məhdudiyyət aradan qaldırılanadək qüvvədə qalacaq.











































