Filoloqdan Səyyad Arana cavab: "Tarixə bir az nəzər salsın"

Filoloqdan Səyyad Arana cavab: "Tarixə bir az nəzər salsın"
SOSİAL
14:00 23.01.2026
816
Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında deputat Səyyad Aran "Azəriqaz” adının dəyişdirilməsini təklif edib. O, bildirib ki, "azəri” ifadəsi Azərbaycan xalqının tarixi adı deyil və qurumun qanuni adının "Azərqaz” formasında rəsmiləşdirilməsi vacibdir. Deputat qeyd edib ki, Azərxalça”, "Azərsu” yazılırsa, bəs "Azəriqaz” niyə belə ifadə olunur?

Filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy AZXEBER.COM-a açıqlamasında deputatın fikirləri ilə razılaşmadığını deyib. 

O bildirib ki, Azəriqaz” ifadəsi düzgündür:

""Azəriqaz” ifadəsi yerində olan bir sözdür. "Azərbaycan” sözü Azər peyğəmbərin adından götürülüb. "Bay” sözü keçmişdə "bəy” mənasında işlədilib. "Can” isə sözün sonuna artırılan əzizləmə formasıdır. Bizə də tarixən "Azərilər” deyə müraciət ediblər. Səyyad Aran tarixə bir az nəzər salsa, Azər peyğəmbərin mövcud olduğunu bilər və bizə tarixən "Azəri” deyildiyini qəbul edər. Biz öz keçmişimizdən imtina etməliyik? Kiminsə xoşuna gəlmirsə, bu onun öz işidir”.

Filoloq qeyd edib ki, "Azərxalça” ifadəsi də yanlışdır:

"Əslində "Azərixalça” və "Azərisu” olmalıdır. Sadəcə olaraq xalq rəssamı Lətif Kərimov vəfat etdikdən sonra xalq rəssamı Kamil Əliyev "Azərixalça” sözündən "i” hərfini çıxarıb. Bu sözlərdən "i” hərfini çıxarmaqla tarixlərindən imtina edirlər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR