Finlandiyada insan alverində şübhəli bilinən 9 nəfər saxlanılıb

Finlandiyada insan alverində şübhəli bilinən 9 nəfər saxlanılıb
DÜNYA
19:37 30.10.2026
250
Finlandiyada insan alverində iştirakda şübhəli bilinən 9 nəfər saxlanılıb.

Bu barədə "Reuters" polisin bəyanatına istinadən məlumat yayıb.

Qurbanların akkumulyator istehsalı zavodunda işləməyə gəlmiş Çin vətəndaşları ola biləcəyi ehtimal olunur.

Həmin 9 nəfərdən 4-ü istintaq müddətində həbsdə saxlanılıb.

Polis nümayəndəsi zərərçəkənlərin sayını, həmçinin şübhəlilərin müstəntiqlərə ifadə verib-vermədiyini açıqlamayıb.
OXŞAR XƏBƏRLƏR