Firudin Qurbanov “Azərbaycanın Yeni İnkişaf Konsepsiyası və Milli Kimlik" adlı konfransda iştirak edib

Firudin Qurbanov “Azərbaycanın Yeni İnkişaf Konsepsiyası və Milli Kimlik" adlı konfransda iştirak edib
SOSİAL
17:47 06.11.2025
235
Noyabrın 6-da Bakı Slavyan Universitetində (BSU) "Zəfər həftəsi” çərçivəsində "Azərbaycanın Yeni İnkişaf Konsepsiyası və Milli Kimlik” mövzusunda konfrans keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev bildirib ki, tədbirin mahiyyəti Zəfərin 5 illiyinə həsr olunub və Azərbaycanın inkişaf konsepsiyası ilə milli kimlik məsələlərinin elmi müzakirəsini əhatə edir. 
 
Rektor qeyd edib ki, qələbənin bizə bəxş etdiyi tarixi və mənəvi nəticələrin ali təhsil və elmi tədqiqat müəssisələri tərəfindən dərindən öyrənilməsi vacibdir. 

Çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov təhsilin əsas missiyasının gənclərdə milli kimlik və mənəvi dəyərləri formalaşdırmaq olduğunu diqqətə çatdırıb. Nazir müavini bildirib ki, milli kimlik probleminə toxunmaq, təhsilin məzmununda milli kimlik, milli özünüdərk, milli-mənəvi dəyərlər, milli ideologiya, milli dil, din və qloballaşmanın milli kimliyə təsiri məsələlərinə münasibət bildirmək vacibdir. 

Firudin Qurbanovun sözlərinə görə, milli kimliyin dərindən dərk edilməsi və onun əsas komponentlərinin təhsildə ətraflı öyrədilməsi həyati zərurətə çevrilib. Milli kimliyi formalaşdıran əsas elementlərdən biri də milli mənəvi dəyərlərdir. 
 
Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq ideologiyasının formalaşması və inkişafı istiqamətində böyük xidmətlərini xatırladan Firudin Qurbanov qeyd edib ki, bu parlaq ideoloji irs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 
 
Firudin Qurbanov çıxışının sonunda qeyd edib ki, təhsil işçilərinin əsas vəzifəsi uşaqlarda və gənclərdə milli kimliyin formalaşmasına, milli-mənəvi dəyərlərin tədris prosesində yüksək səviyyədə aşılanmasına xidmət etməkdir.
 
Konfransda çıxış edən millət vəkilləri, dövlət qurumlarının və elmi mərkəzlərin nümayəndələri Azərbaycanın yeni inkişaf mərhələsində milli kimliyin möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının təhsildə və gənclər siyasətində təbliği, qlobal çağırışlar fonunda milli dəyərlərin qorunması məsələlərinə toxunublar.
 
Çıxışçılar vurğulayıblar ki, Zəfərdən sonra formalaşan milli özünüdərk və dövlətçilik ideyaları ölkənin yeni inkişaf konsepsiyasının ideoloji əsasını təşkil edir. Bu baxımdan ali təhsil müəssisələrində elmi diskussiyalar və ictimai debatların təşkili mühüm əhəmiyyət daşıyır.
 
Tədbir çərçivəsində ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən "Can Laçın” adlı məqalə müsabiqəsinin qalibləri, eləcə də  "Suveren Azərbaycan: keçmişdən gələcəyə” mövzusunda esse müsabiqəsinin qalibləri mükafatlandırılıblar. 
 
Tədbir BSU tələbələrinin ifasında təqdim edilən bədii hissə ilə yekunlaşıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
20:43 18.06.2026
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
20:35 18.06.2026
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
20:28 18.06.2026
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
20:25 18.06.2026
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
20:19 18.06.2026
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
20:15 18.06.2026
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
20:14 18.06.2026
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
20:08 18.06.2026
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
19:46 18.06.2026
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
19:27 18.06.2026
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
19:12 18.06.2026
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
18:59 18.06.2026
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə təhvil verib
18:48 18.06.2026
Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə təhvil verib
“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
18:37 18.06.2026
“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
Qubernator: Moskva vilayətinə PUA hücumunda 16 nəfər xəsarət alıb
18:23 18.06.2026
Qubernator: Moskva vilayətinə PUA hücumunda 16 nəfər xəsarət alıb
Cəlilabadda montyoru cərəyan vuraraq öldürüb
17:56 18.06.2026
Cəlilabadda montyoru cərəyan vuraraq öldürüb