Fizuli Ələkbərov 6 nəfəri işdən çıxardı

Fizuli Ələkbərov 6 nəfəri işdən çıxardı
DÜNYA
16:42 31.05.2012
2483
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aktiv sosial müdafiə proqramlarının icra vəziyyəti və inkişaf perspektivlərinin, əhaliyə xidmətin yüksəldilməsi, o cümlədən elektron xidmətlərin tətbiqi və vətəndaş müraciətlərinin araşdırılması istiqamətində görülən işlərin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.
AZXEBER.COM-un  məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun sədrliyi ilə keçən iclasda videkonfrans sistemi vasitəsilə distant formada nazirliyin yerli strukturlarının məsul şəxsləri də iştirak edib.İclasda ünvanlı sosial yardımların ödənişi sisteminin daha da təkmilləşdirilməsi və mərkəzləşdirilmiş qaydada aparılması məqsədilə yeni icra mexanizmlərinin tətbiqi, bununla bağlı seçilmiş 18 pilot rayonda görülən işlər, habelə aktiv sosial müdafiə tədbiri olan “Özünədəstək” - birdəfəlik ünvanlı dövlət sosial yardımı proqramının icrası işlərinin rayonlar üzrə əhatə dairəsinin genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər müzakirə olunub.Eyni zamanda, yeni sosial xidmət modellərinin tətbiqi və bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin təkmilləşdirilməsi, elektron xidmətlərin tətbiqi istiqamətində aparılan işlər təhlil edilib. İclasda vətəndaşlar tərəfindən nazirliyin ünvanına daxil olmuş ərizə və şikayətlərin araşdırılması, həmçinin bölgələrdə vətəndaşların müraciətlərinə özlərinin iştirakı ilə obyektiv və ədalətli baxılması işlərinin nəticələri təhlil olunmaqla, vətəndaş narazılığına səbəb olan nöqsanlara yol vermiş əməkdaşlar barəsində görülmüş tədbirlər barədə məlumat verilib. Nazir Fizuli Ələkbərov müzakirə olunan məsələlərlə bağlı aidiyyatı strukturların rəhbər şəxslərinə müvafiq tapşırıqlar verib.Sonda kollegiya iclasının qərar layihəsi oxunaraq qəbul edilib. Qərara əsasən, vətəndaşlara xidmət sahəsində yol verdikləri nöqsanlara görə Ağcabədi, Astara, Lənkəran və Şəmkir rayonlarının direktorlarına intizam tənbehinin tətbiq edilməsi barədə həmin rayonların İcra Hakimiyyətlərinə təqdimatlar verilib. Həmçinin Ağcabədi, Astara, Gədəbəy, Şəmkir, Quba, Lənkəran rayon ƏSMM-lərinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorlarının baş məsləhətçiləri olan ümumilikdə 6 nəfər əməkdaş tutduqları vəzifədən azad ediliblər.Quba və Lənkəran rayon ƏSMM-lərinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun baş məsləhətçiləri olan 2 nəfər əməkdaşa töhmət verilməklə, Gədəbəy və Şəmkir rayon ƏSMM-lərinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun baş məsləhətçiləri olan 2 nəfər əməkdaşın ixtisas dərəcəsi bir pillə aşağı salınıb. Ağcabədi rayon ƏSMM-nin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun baş məsləhətçiləri olan 2 nəfər əməkdaşın vəzifə maaşları bir il müddətinə 20 faiz azaldılıb. Yevlax rayon ƏSMM-nin direktor vəzifəsinin əmək funksiyalarını icra edən şəxsin stasionar müalicədə olduğu nəzərə alınaraq onun vəzifə məsuliyyətinə işə başladıqdan sonra baxılacağı qərara alınıb. Qərara əsasən, fəaliyyətində buraxdığı ciddi nöqsanlara görə Naftalan şəhər Əlillərin Bərpa Mərkəzinin baş həkiminə sonuncu xəbərdarlıq elan edilməklə şiddətli töhmət verilib.Onu da qeyd edək ki, 2010-cu ildə Nazirlikdə yaradılan VC (videokonfrans) sistemi vasitəsilə ayrı-ayrı bölgələrdə yaşayan vətəndaşların distant qəbulları təşkil edilir. Artıq Naxçıvan, Gəncə, Göyçay, Lənkəran, Şəki, Abşeron rayonlarındakı ƏSMM-lərində də mövcud olan və həmin rayonlarla videoəlaqə yaratmaq imkanı verən bu sistemin cari ildə 30-dan çox rayonda quraşdırılması nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran qaçaqmal yanacaq daşıyan tankeri saxlayıb
17:51 11.08.2025
İran qaçaqmal yanacaq daşıyan tankeri saxlayıb
Növbəti iki gündə külək güclənəcək
17:42 11.08.2025
Növbəti iki gündə külək güclənəcək
Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ
17:34 11.08.2025
Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ
Makron: İrəvan və Bakı arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm
17:24 11.08.2025
Makron: İrəvan və Bakı arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm
Azərbaycan və Ermənistan sülh sazişinin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcək
17:23 11.08.2025
Azərbaycan və Ermənistan sülh sazişinin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcək
Azərbaycanla Ermənistan separatizm və terrorizmin bütün təzahürlərini pisləyirlər
17:22 11.08.2025
Azərbaycanla Ermənistan separatizm və terrorizmin bütün təzahürlərini pisləyirlər
Azərbaycan və Ermənistan bir-birinə güc tətbiq etməyəcək və ya güc tətbiq etməklə hədələməyəcək
17:20 11.08.2025
Azərbaycan və Ermənistan bir-birinə güc tətbiq etməyəcək və ya güc tətbiq etməklə hədələməyəcək
Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı iştirakçı dövlətlərə müraciət ediblər
17:19 11.08.2025
Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı iştirakçı dövlətlərə müraciət ediblər
Azərbaycan və Ermənistan gələcəkdə bir-birinə qarşı ərazi iddialarını qaldırılmayacağını təsdiq ediblər
17:19 11.08.2025
Azərbaycan və Ermənistan gələcəkdə bir-birinə qarşı ərazi iddialarını qaldırılmayacağını təsdiq ediblər
Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurulacaq
17:18 11.08.2025
Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurulacaq
Azərbaycanla Ermənistan müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün razılaşmalar bağlaya bilər
17:18 11.08.2025
Azərbaycanla Ermənistan müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün razılaşmalar bağlaya bilər
XİN Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətnini yayıb
17:17 11.08.2025
XİN Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətnini yayıb
Bu ərazilərdə işıq olmayacaq
17:14 11.08.2025
Bu ərazilərdə işıq olmayacaq
Özbəkistan universitetlərinin tələbələri “Ulduz” Şokolad Fabrikində istehsalat təcrübəsində iştirak ediblər
17:08 11.08.2025
Özbəkistan universitetlərinin tələbələri “Ulduz” Şokolad Fabrikində istehsalat təcrübəsində iştirak ediblər
Röya Ayxanın atası vəfat etdi
16:51 11.08.2025
Röya Ayxanın atası vəfat etdi
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,6 milyard avro köçürüb
16:41 11.08.2025
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,6 milyard avro köçürüb