Fizulinin icra başçısının 'MTN işi'ndəki qorxusu - TƏFƏRRÜAT

Fizulinin icra başçısının
Bütün Xəbərlər
02:44 17.12.2015
2614
Prezident sərəncamı ilə ləğv edilən MTN strukturu ətrafında cərəyan proseslər Füzuli rayonuna çatıb. Ötən həftənin sonunda rayon Təhsil Şöbəsinin müdiri Almaz Həşimova vəzifəsindən azad edilib.A.Həşimova bu vəzifədən öncə rayondakı internat məktəbinin direktoru olub. Alı Alıyev Füzulinin icra başçısı olandan sonra onu təhsil şöbəsinə müdir gətirib. YAP üzvü, RTŞ sədri Hafiz Tahirovu isə yola salıb. A.Həşimova ilə A.Alıyevin dostluq əlaqələri var. H.Tahirov isə parlamentin sədr müavini Bahar Muradovanın yaxın adamı hesab edilir.A.Həşimova ilə A.Aliyev rayonda büdcə mənimsəmələrində birgə fəallıq nümayiş etdiriblər. Ancaq işlərin tərs getməsi və A.Həşimovanın vəzifəsindən çıxarılması MTN-dəki həbslərlə bağlı olub.Mənbə iddia edir ki, həbs edilən generallardan birinin A.Həşimova ilə qohumluq əlaqəsi var və onu himayə edirmiş. Həmin yüksək vəzifəlinin həbsi A.Həşimovanın işini itirməsi azmış kimi fəaliyyətinin araşdırılmasına da səbəb olub.Qeyd edək ki, Füzuli Rayon Təhsil Şöbəsindəki nöqsanlardan dəfələrlə yazılıb. Müəllimlərin bir çoxu repetitor çalışır və məktəblərdə dərs öyrətmirlər. Hətta dərslərə belə gəlmirlər.Direktorlar isə həmin müəllimlərdən rüşvət alaraq onların məktəbdən yayınmalarına göz yumurlar. Onların dərs saatları yazılır və maaşları direktorlarla təhsil şöbəsinin müdiri tərəfindən götürülür. Füzuli RTŞ-nin xərclərini ödəmək məqsədilə keçirilən tenderlərdə külli miqdarda pul mənimsənilib.Bu tenderlərin əksəriyyətini məhz A.Həşimovaya məxsus olan "Valeh-H" MMC, "Ülkər-H" MMC, Vüsal-84 MMC, "Nəfs-RR" MMC firmaları qazanır. Məlumatda həmçinin vurğulanır ki, tenderlərə ayrılan vəsaitin heç 30 faizi təyinatına görə xərclənmir və ayrılan vəsaitlərin çox hissəsi mənimsənilir.Maliyyə Nazirliyi tərəfindən aparılmış yoxlama nəticəsində şöbədə 600 min manatlıq mənimsəmə faktı aşkarlanmışdı. Yazı ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
vizual.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
15:46 17.06.2025
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
15:44 17.06.2025
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
15:42 17.06.2025
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
15:35 17.06.2025
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
15:33 17.06.2025
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
Bu şənbə rəsmi iş günüdür
15:18 17.06.2025
Bu şənbə rəsmi iş günüdür
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
15:10 17.06.2025
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
14:55 17.06.2025
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
14:53 17.06.2025
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
14:37 17.06.2025
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj
14:34 17.06.2025
Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj
Azərbaycan əhalisinin sayı açıqlandı
14:31 17.06.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
PRoMete bir illik fasilədən sonra yeni trekini təqdim edib - AUDİO
14:28 17.06.2025
PRoMete bir illik fasilədən sonra yeni trekini təqdim edib - AUDİO
Sabiq məmurların məhkəməsinə şahidlərdən biri məcburi gətiriləcək
14:16 17.06.2025
Sabiq məmurların məhkəməsinə şahidlərdən biri məcburi gətiriləcək
20 ölkə İsrail və İranı atəşkəsə ÇAĞIRIR
14:06 17.06.2025
20 ölkə İsrail və İranı atəşkəsə ÇAĞIRIR
Rus bölməsi üzrə birinci sinfə qəbulla bağlı seçimlərə start verildi
14:02 17.06.2025
Rus bölməsi üzrə birinci sinfə qəbulla bağlı seçimlərə start verildi