Flora Kərimova və digər incəsənət xadimlərinə Prezident təltifləri təqdim olundu - FOTOLAR

MƏDƏNİYYƏT
18:08 05.10.2021
396
Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin sərəncamlarına uyğun olaraq Səməd Vurğun adına Rus Dram Teatrının bir qrup əməkdaşına və incəsənət xadimlərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, bu mərasimin keçirilməsi çoxdan planlaşdırırılsa da, pandemiya səbəbilə proses yarımçıq qalıb.

Onun sözlərinə görə, tədbirin keçirilməsində seçilən məkan və vaxt da təsadüfü deyil: "Özümüz istədik ki, mükafat mərasimini Azərbaycan mədəniyyətini ən gözəl şəkildə təqdim edən İncəsənət muzeyində keçirək. Bilirsiniz, bu gün müəllimlər günüdür. Mən incəsənət xadimlərini müqəddəs müəllimlik peşəsindən ayırmıram. Müəllimlər şagirdlərə elmi, incəsənət xadimləri isə cəmiyyətə mədəniyyəti təqdim edir. Mən hesab edirəm ki, Azərbaycanın ən gözəl səfirləri mədəniyyət xadimləridir. Çünki onlar xaricdə də ölkəmizi mədəniyyət vasitəsilə təbliğ edirlər".

A.Kərimov ölkə rəhbərinin mədəniyyət xadimlərini daim diqqət mərkəzində saxladığını bildirib: "Prezident İlham Əliyev səhnə arxasında mədəniyyət xadimləri ilə daim görüşlər keçirirdi. Söhbət zamanı tamaşalarla bağlı öz təkliflərini irəli sürürdü. Bu gün teatr xadimlərinə göstərilən diqqət onu göstərir ki, Azərbaycan hakimiyyəti teatra yüksək qiymət verir".

Daha sonra mədəniyyət naziri Anar Kərimov mükafatları təqdim edib və onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.

Təltif olunanların siyahısını təqdim edirik:

"İstiqlal" ordeni

Qasımova Xuraman Əkrəm qızı

"Şərəf” ordeni

Kərimova Flora Ələkbər qızı

"Əməkdar artist" fəxri adı

Ağayeva Həcər Maqsud qızı

Dubovitskaya Mariya Aleksandrovna

Əmirbəyov Oleq Arnoldoviç

Hacıyeva Natavan Nizami qızı

İmranova İnna Aleksandrovna

Kimaşeva Bella Vladislavovna

Məmmədov Murad Məmməd oğlu

Omelçenko Yuri Vladimiroviç

Rəhimov Teymur Əsgər oğlu

Sokolenko Milana Aleksandrovna

"Əməkdar mədəniyyət işçisi" fəxri adı

Məmmədov İlham Əli İslam oğlu

3-cü dərəcəli "Əmək” ordeni

Baliyeva Natalya Gennadyevna

Əmirbəyova Rita Cəmil qızı

"Tərəqqi” medalı

Lerman Viktoriya Anatolyevna

Rudıçev Nikolay Nikolayeviç

Saprıkina Lyudmila Qennadiyevna

Sonda nazir Anar Kərimov təltif olunan şəxslərlə foto çəkdirib.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR